05 noyabr 2021 03:17
791

Yarış azarkeşlər arasında böyük marağa səbəb olub

80 min biletə 275 min müştəri çıxıb

Formula 1 üzrə ilk dəfə keçiriləcək Mayami Qran Prisinin təşkilat komitəsi satışa çıxarılacaq 80 min bilet üçün indiyədək  275 min ilkin sorğu alındığını bəyan edib.

Bildirilib ki, 2022-ci il mayın 8-də baş tutacaq yarış azarkeşlər arasında böyük marağa səbəb olub.

Qran Prinin səfər proqramında iştirak etmək üçün 1800 nəfər hər biri 5000 min dollar olmaqla depozit qoyub.

Bununla yanaşı, artıq satışa çıxarılan əsas tribuna yerləri üçün biletlərin hamısı elə ilk gündəcə bitib.