Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb.
“İki sahil” Boks Federasiyasının saytına istinadla xəbər verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub.
92 kq çəkidə mübarizə aparan “Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır.
Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur. Mundialda sabah daha 2 idmançımız final döyüşünə çıxacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB