04 noyabr 2021 21:06
1611

“Qarabağ” qələbə qazandı

Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki,  Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda “Kayrat”ın qonağı olacaq.

Almatıda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:30-da start götürəcək.

Qeyd edək ki, Qurban Qurbanovun komandası keçirdiyi üç oyundan sonra qrupda ikinci pillədə qərarlaşıb. “Qarabağ”la eyni xalı toplayan “Bazel” isə top fərqinə görə birincidir.

Xatırladaq ki, qrupun digər matçında “Bazel” səfərdə “Omoniya”nın qonağı olacaq.

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr

19:30. “Kayrat” - “Qarabağ”
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena

***

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Kayrat": 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç

Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Qulziqit Alkyulov, 8. Aibol Abiken, 19. Artur Şuşinaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seyidahmet, 29. Daniyar Ussenov,33. Dennis Polyakov, 46. Arsen Burançıyev

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev

***

Noyabrın 4-də Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində noyabrın 4-də Qazaxıstanda “Kayrat” komandası ilə qarşılaşır.

AZƏRTAC xəbər verir ki, Almatıdakı “Ortalık” stadionunda start götürən matçın birinci hissəsində qapılara qol vurulmayıb. Oyunu moldovalı FIFA referisi Dumitri Muntian idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.

“Kayrat” klubunun ilk onbirliyində isə Stas Pokatilov, Yan Voroqovski, Nurali Alip, Rade Duqaliç, Yatsek Quralski, Vaqner Lav, Kamo Ohanesyan, Frenki Banyak, Rikardu Alveş, Joze Kante və Neboyşa Kosoviç yer alıblar.

Hazırda qrup lideri ilə eyni – 7 xal toplayaraq, ikinci pillədə qərarlaşan “Qarabağ” bu turda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edə bilər. Bunun üçün “köhlən atlar” həm rəqibinə uduzmamalı, həm də qrupun digər görüşünün nəticəsini gözləməlidir.

Xatırladaq ki, “Qarabağ” klubu birinci turda “Bazel” ilə heç-heçə edib – 0:0. Qurban Qurbanovun yetirmələri ikinci turda Kiprdə “Omoniya” klubunu 4:1 hesabı ilə darmadağın ediblər. Ağdam təmsilçisi üçüncü turda “Kayrat”ı 2:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrupların liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları keçirəcəklər.

***

Konfrans Liqasının qrup mərhələsində IV turun oyunları keçirilir.

Turnirdəki təmsilçimiz "Qarabağ" Qazaxıstanda "Kayrat"ın qonağı olub. Görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra "Qarabağ" xalını 10-a çatdırıb. Qurban Qurbanovun komandası hazırda qrup lideridi. Bir oyun az keçirən Bazel 7 xalla 2-cidir.