“Borussiya”nın (Dortmund) zədəli futbolçusu Erling Haalandın son durumu məlum olub.
“İki sahil” xəbər verir ki, bu barədə onun atası Alfo-İnqe Haaland danışıb. O, goal.com-a açıqlamasında 21 yaşlı hücumçunun vəziyyətinin yaxşı olduğunu, lakin onun ən az dekabrın ayınadək yaşıl meydanlara çıxmayacağını bildirib: “Vəziyyəti nəzərə alsaq, Erlinq o qədər də pis deyil. Lakin o, mütləq bir müddət oynamayacaq. Dekabrın 25-nə qədər bir neçə matç keçirsəydi, əla olardı. Lakin bu, çox çətindir”.
Qeyd edək ki, Haaland sonuncu dəfə Bundesliqanın 8-ci turunda “Maynts”la görüşdə meydanda olub. Lakin o, yenidən sıradan çıxıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB