04 noyabr 2021 15:15
885

Dibala "Yuventus"la razılığa gəldi

"Yuventus" futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalamaqla bağlı razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Argentinalı hücumçunun klubu ilə 5 illik müqavilə imzalayacağı bildirilib. Onun ilinə 8.5 milyon avro qazanacağı yazılıb. 27 yaşlı futbolçunun daha 1.5 milyon avro bonus alacağı vurğulanıb.

Qeyd edək ki, Dibala bu mövsüm Turin klubunda  10 oyunda 6 qol vurub, 4 qolun ötürməsini verib.