İtaliyanın “Milan” klubu heyətini ispaniyalı hücumçu ilə gücləndirmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, A seriyası təmsilçisi “Las-Palmas”ın forvardı Alberto Moleyronun xidmətində maraqlıdır.
Milanlılar 18 yaşlı futbolçunun böyük perspektiv vəd etdiyinə inanır. Bu üzdən də “rossonyeri” gənc istedad üçün 2,5 milyon avro ödəməyə hazırdır. Moleyronun İspaniya klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, hücumçunu İspaniyanın aparıcı klubları istəsə də, “Las-Palmas” Moleyronu satmağa razı olmayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB