Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Legiya" klubunda oktyabrın ən zəif oyunçusu seçilib.
“İki sahil” xəbər verir ki, 24 yaşlı hücumçu "Legionisci" nəşrinin versiyasına əsasən, komanda yoldaşı Lirim Kastrati ilə birlikdə -5 xala layiq görülüb.
Azərbaycanlı forvardın bu ay qol vura bilməməsi böyük məyusluq yaradıb. Varşava təmsilçisinin gənc qapıçısı Çezari Mişta 3 xalla ayın oyunçusu olub.
Qeyd edək ki, "Legiya" oktyabrda keçirdiyi 6 oyunun 5-də uduzub. Son ölkə çempionu yalnız kubokun 1/16 finalında "Svit Skolvin"i minimal hesabla yenib - 1:0.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB