"Yuventus" klubunun hücumçusu Paulo Dibala, "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo, "Bavariya" -lı Robert Levandovski və Portuqaliyanın "Sportinq"inin yarımmüdafiəçisi Pedro Qonsalveş Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun ən yaxşı oyunçusu adına namizəddirlər.
“İki sahil” xəbər verir ki, Dibala "Zenit"lə ev oyununda (4:2) iki qol vuraraq, məhsuldar öturmə verib, Ronaldo "Atalanta"yla qarşılaşmada (2:2) iki qol vurub, Qonsalveş Türkiyənin “Beşiktaş” klubuyla oyunda (4:0) vurduğu iki qolla yadda qalıb, Levandovski isə Portuqaliya “Benfika”sına qarşı matçda (5:2) het-trik edib.
Ronaldonun "Atalanta"ya vurduğu ilk qol və Levandovskinin "Benfika"ya vurduğu ikinci qolu dördüncü turun ən yaxşı qolları adına namizəddir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB