03 noyabr 2021 17:13
994

Oyundan üç xalla ayrılacağımıza ümid edirik- Qurban Qurbanov

“Bizi çox gözəl oyun gözləyir".

“İki sahil” xəbər verir ki,  bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Kayrat”la keçiriləcək oyun haqda danışarkən deyib.

Sabah Qazaxıstanda keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransına qatılan 49 yaşlı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Bilirik ki, "Kayrat" matça tam hazırdır. Onların qələbəyə ümidləri var. Amma biz də üç xalla ayrılacağımıza ümid edirik".