İngiltərəli futbol azarkeşi Conaton Best 10 həftəlik həbs edilib.
“İki sahil” xəbər verir ki, buna 52 yaşlı fanatın Avropa çempionatının final oyunundan sonra İngiltərə yığmasının bəzi qaradərili oyunçularını irqçi zəmində təhqir etməsi səbəb olub.
O, sosial şəbəkədə futbolçulara qarşı təhqiramiz ifadələr işlədib, daha sonra həmin paylaşım silinib.
Qeyd edək ki, İngiltərə seçməsi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan final oyununun penaltilər seriyasında İtaliyaya uduzub - 2:3. Komandanın heyətində Markus Reşford, Ceydon Sanço və Bukayo Saka penaltindən yararlana bilməyib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB