03 noyabr 2021 14:41
765

Ronaldo yeni uğura imza atıb

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo yeni uğura imza atıb.

“İki sahil” xəbər verir ki,  36 yaşlı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin "Atalanta" ilə oyununda (2:2) dubl edib.

Bununla da o, "Mançester Yunayted"in heyətindəki qollarını sayını 127-ə çatdırıb. O, 126 qol vuran hazırkı baş məşqçi Ule Qunnar Sulşeri geridə qoyub və 7-ci pilləyə yüksəlib.

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runi 253 qolla klub tarixinin bombardiridir.