"Bavariya"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasında yeni rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, 33 yaşlı hücumçu "Benfika"nı 5:2 hesabı ilə məğlub etdikləri oyunda buna nail olub.
Qarşılaşmada het-trik edən polşalı forvard turnirdəki 100-cü matçında 80-ci qola imza atan ilk oyunçu kimi tarixə düşüb.
O, bu göstəricidə PSJ-nin futbolçusu Lionel Messini və "Mançester Yunayted"in oyunçusu Kriştiano Ronaldonu qabaqlayıb. Messi 102, Ronaldo isə 116-cı görüşündə 100 qol vurub.
Qeyd edək ki, "Bavariya" E qrupunda 12 xalla liderdir. Münhen təmsilçisi sona iki tur qalmış 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB