03 noyabr 2021 11:36
923

Qazaxıstan klubu Stamenkoviçlə maraqlanır

"Sabah"ın qapıçısı Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə sözügedən ölkənin "Meta-ratings.kz" saytı məlumat yayıb. Bildirilib ki, serbiyalı qolkiper "Aktobe"yə keçməyə yaxındır. Komandanın baş məşqçisi Vladimir Muxanov onunla maraqlandığı vurğulanıb. 

Qeyd edək ki, Saşa Stamenkoviç 2016/2017 mövsümündə Qazaxıstanda "Okjetpes"də çıxış edib. O, 2018-ci ildən "Sabah"da oynayır.