"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın (Qazaxıstan) fubolçusu Qafurjan Suyumbayev Ağdam təmsilçisi ilə görüşü buraxacaq.
“İki sahil” xəbər verir ki, bu barədə vesti.kz məlumat yayıb. Klubun 31 yaşlı üzvü zədə səbəbindən bu görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Komandalar arasındakı ilk oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB