"İnter"in hücumçusu Aleksis Sançes MLS-də oynamağa razı olmayıb.
"İki sahil" “Football Italia”ya istinadən xəbər verir ki, Amerika çempionatı klublarından biri 32 yaşlı futbolçuya 2023-cü ilin dekabrına qədər müqavilə təklif edib.
"İnter" rəhbərliyi hücumçunun qış transfer pəncərəsində bu keçidinə razı olsa da, futbolçu özü bundan imtina edib. Sançesin karyerasını Avropada davam etdirmək istədiyi vurğulanıb.
Qeyd edək ki, Sançes bu mövsüm A seriyasında meydana çıxdığı 6 oyunda 2 qol ötürməsi verib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB