02 noyabr 2021 14:21
732

Messi "Leyptsiq"lə oyunu buraxır

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Leyptsiq”lə oyuna ciddi itki ilə çıxacaq.

"İki sahil" Fransa mətbuatına istinadən xəbər verir ki, Lionel Messi zədə səbəbindən bu oyunu buraxacaq. 

Liqa 1-in 12-ci turunun “Lill”lə matçında zədələnən argentinalı hücumçunun durumunun ciddi olmadığı, ancaq məşqçilər korpusunun riskə getmək istəmədiyi bildirilirib.

Qeyd edək ki, sabah keçiriləcək “Leyptsiq” – PSJ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.