UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
“İki sahil” xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Dumitri Munteana Andrei Bodean və Victor Mardari laynsmanlar qismində kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Veaceslav Banari yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB