PSJ-nin idman direktoru Leonardo komandanın müdafiəçisi Serxio Ramosla müqaviləni ləğv edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib.
"İki sahil" "Footballa Espana"ya istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: "Biz Ramosun komandaya zədəli vəziyyətdə gələcəyini bilirdik. İspan və fransız mətbuatları oyunlar oynayırlar, amma biz onun problemləri haqqında məlumatlı idik. Dəhşətli heç nə baş verməyib. Futbolçunun sağalmasından xəbərdarıq".
Qeyd edək ki, yayda "Real"dan PSJ-yə azad agent kimi keçən Ramos zədə səbəbindən hələ də yeni klubunda debüt edə bilməyib. Buna görə də Paris təmsilçisinin ispan oyunçu ilə müqaviləni ləğv etmək istədiyi barədə xəbərlər yayılmışdı.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB