02 noyabr 2021 11:49
731

"Neftçi"nin Müşahidə Şurasının iclası keçiriləcək

Yaxın günlərdə "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə MŞ üzvü Zaur Qəhrəmanov bildirib.

Onun sözlərinə görə, toplantıda digər məsələlərlə bərabər komandanın son nəticələri haqqında məlumat veriləcək: "Daha sonra klub tərəfindən açıqlama olacaq".

Z.Qəhrəmanov baş məşqçi Samir Abasov barədə sosial şəbəkədə yazdığı şərhə də aydınlıq gətirib: "Sosial mediada yazılanlar mənim şəxsi fikirimdir və qeyri-rəsmidir. Samir Abasov "Neftçi"nin baş məşqçisidir, onun işinə rəsmi qiymət vermək MŞ-nin işi deyil. Bunu klubun prezidenti etməlidir".