PSJ-nin hücumçusu Lionel Messi "Barselona"nın keçmiş üçlüyü Messi-Suares-Neymarı (MSN) PSJ üçlüyü Messi-Neymar-Mbappe (MNM) ilə müqayisə edib.
“İki sahil” xəbər verir ki, o, bununla bağlı sport.es-ə açıqlamasında deyib: “Onlar tamamilə fərqli üçlükdür, onları müqayisə etmək olmaz. Suares Mbappedən fərqlidir. Luis əvvəlkindən daha çox qol vuran, əsl mərkəz hücumçusudur. Kilian isə daha çox güclüdür. Həqiqət budur ki, onlar fərqli oynayırlar. Müqayisə etmək çətindir. "Barselona"da bu gözəl trioda olmaq mənə qismət oldu. Ümid edirəm ki, PSJ-də də eyni uğura nail olacağıq”.
Qeyd edək ki, Messi avqustun 10-da PSJ ilə iki illik müqavilə imzalayıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB