02 noyabr 2021 11:16
893

Millimizin futbolçusu ən çox driblinq edənlərin siyahısında

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Ukrayna Premyer Liqasında ən çox driblinq edən futbolçuların adlarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, ilk "10-luq"da "Minay"da çıxış edən millimizin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də yer alıb.

Orta hesabla hər oyunda 4,11 dəfə driblinq edən 21 yaşlı oyunçu 8-ci pillədə qərarlaşıb. Onun cəhdlərinin 44,22 faizi dəqiq alınıb.

Qeyd edək ki, siyahının ilk pilləsində Donetsk "Şaxtyor"unun futbolçusu Manor Solomon (8,09 dəfə, 80,6 faiz) qərarlaşıb.