Çin futbolunda qeyri-adi hadisə yaşanıb.
“İki sahil” xəbər verir ki, Super Liqa klubu “Hibey” aşağı yaş qrupu üzrə komandalarının hamısına məcburi məzuniyyət verib.
Buna səbəb isə klubun məşq bazasının işıq pulunu ödəyə bilməməsidir: “Məlum səbəblərdən bazanın işıq pulunu ödəyə bilmirik. Xərcləri qarşılamaq məqsədilə 12, 13, 16 və 17 yaşadək komandaların oyunçuları noyabrın 3-dən etibarən məzuniyyətə buraxılacaq”.
Ciddi maliyyə böhranı yaşayan “Hibey”in dekabrda start götürəcək yeni mövsümə qatılıb-qatılmayacağı bəlli deyil. Adıçəkilən klubun fəaliyyətini dayandırması gözlənilir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB