Norveç II liqasında XXVII turun "Soqndal" - "Styordals Blink" oyunu yarımçıq dayandırılıb.
“İki sahil” xəbər verir ki, buna "Soqndal"un futbolçusu Emil Palssonun 12-ci dəqiqədə gözlənilmədən yerə yıxılması səbəb olub.
İnfarkt keçirən islandiyalı oyunçuya həkimlər müdaxilə ediblər. Daha sonra 28 yaşlı yarımmüdafiəçi əlavə müayinə və müalicə üçün xəstəxanaya aparılıb.
Qeyd edək ki, qarşılaşma daha sonra oynanılacaq. Emil Palsson bir dəfə İslandiya yığmasının formasını geyinib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB