“Roma”ya qarşı matçda karyerasında 400-cü qoluna imza atan Zlatan İbrahimoviç oyundan sonra jurnalistlərə açıqlama verib.
40 yaşlı futbolçu əla oyun keçirdiklərini, meydanda öz güclərinə inanaraq mübarizə apardıqlarını və üslublarına sadiq qaldıqlarını bildirib:
“Oyunun asan olmayacağını bilirdik. “Roma” cari mövsümdə doğma meydanda uduzmamışdı. Biz çox yaxşı oyun keçirdik. Yubiley qolu? Mən hələ də sürprizlər göstərə bilərəm! Cərimə zərbəsi zamanı top saatda 101 kilometr sürətlə uçdu? Oh! Adətən daha sürətli uçur, ən azı saatda 200 kilometr sürətlə. Yəqin ki, yaş öz sözünü deyir”, - deyə İsveç yığmasının futbolçusu vurğulayıb.
Futbolçu “Roma” fanatları tərəfindən təhqirlərə məruz qalmasına da münasibət bildirib:
“Bu, mənə lazımdır. Nə qədər qışqırırlarsa, özümü bir o qədər canlı hiss edirəm. Adrenalin yaranır”, - deyə Z.İbrahimoviç bildirib.
Oxu.Az
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB