İngiltərə "Tottenhem"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə italiyalı jurnalistlər Nikola Skira və Fabritsio Romano şəxsi tvitter səhifələrində paylaşım ediblər.
Onların hər ikisi Antonio Kontenin London klubunun sükanı arxasına keçəcəyini yazıb. İtaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Onun illik qazancı isə 15 milyon avro olacaq.
Təyinatın yaxın saatlarda açıqlanacağı bildirilib. Hətta komandanı sabahkı məşqə Kontenin çıxaracağı gözlənilir.
Qeyd edək ki, Antonio Konte bu vəzifədə istefaya göndərilən Nunu Eşpiritu Santunu əvəzləyib.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB