01 noyabr 2021 18:05
817

Cüdonu daha da inkişaf etdirmək bizim üzərimizə düşür

"Cüdonun böyük ənənələri var, son illərdə böyük nailiyyətlər əldə olunub".

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev deyib.

"Üzərimizə bunları daha da inkişaf etdirmək düşür. İlk növbədə hədəfləri müəyyənləşdirmək və strategiya qurmaq lazımdır. Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər məlumdur. Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam".