01 noyabr 2021 17:54
1003

Cüdo Federasiyasında yeni vitse-prezidentlər

Azərbaycan Cüdo Federasiyasında (ACF) rəhbərliyində dəyişiklik olub.

“İki sahil” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının hesabat-seçki konfransında yeni prezidentlə yanaşı, yeni vitse-prezidentlər formalaşıb.

Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutacaq. Həmçinin Elnur Məmmədli yenidən eyni vəzifədə - vitse-prezident kimi işini davam etdirəcək.

Qeyd edək ki, bu gün keçirilən konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin prezidenti seçilib. O, bu postda Rövnəq Abdullayevi əvəzləyib.