İspaniyanın PSJ klubu futbolçusu Serxio Ramosla yollarını ayıra bilər.
"İki sahil" "Le Parisen" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi 35 yaşlı müdafiəçinin müqaviləsini ləğv etməyi düşünür.
PSJ rəhbərliyi komandada debüt edə bilməyən Ramosun səhhəti və fiziki durumu barədə narahatdır. İspaniyalı oyunçu bir neçə dəfə əzələsindən zədə alıb. O, yaşıl meydanlara mümkün qədər tez qayıtmağa çalışsa da, yeni problemlərlə üzləşib.
Qeyd edək ki, Serxio Ramos 2021-ci ilin iyulunda İspaniya "Real Madrid"indən Fransa klubuna keçib. Onun sözləşməsi 2023-cü ildə başa çatmalıdır.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB