İşğaldan azad edilən ərazilərdə ilk dəfə olaraq idman yarışı təşkil edilib.
“İki sahil” xəbər verir ki, əlillər arasında qılıncoynatma üzrə yarışların yarımfinal və final mərhələsi bu gün Ağdamda keçiriləcək. Yarışlarda məhz Qarabağ qaziləri iştirak edir.
“Zəfər kuboku” adlanan yarış 8 Noyabr-Zəfər gününə həsr olunub.
Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının təşkilatçılığı ilə Bakıdan Ağdama gələn nümayəndə heyətinin üzvləri əvvəlcə Ağdam Cümə məscidində namaz qılıblar.
Dörd qazinin iştirak edəcəyi final oyunu İmarət stadionunda keçiriləcək.
Yarışın qaliblərinə 2024-cü ildə Fransada keçiriləcək Yay Paralimpiya oyunlarında iştirak etmək üçün hazırlaşmaq imkanı da yaradılacaq.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB