Kipr çempionatında 8-ci turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, millimizin üzvü Araz Abdullayevin çıxış etdiyi “Etnikos” səfərdə AEK (Larnaka) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Millimizin üzvü 30-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, “Etnikos” 8 turdan sonra 2 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB