“Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov “Qarabağ”a böyükhesablı məğlubiyyətdən sonra komandanın baş məşqçisi Samir Abasovu aşağılayıb.
“İki sahil” xəbər verir ki, o, feysbukdakı paylaşımlardan birində çalışdırıcı barədə gedən müzakirələrə qoşulub.
Həmin paylaşımda tanınmış menecer Kamil Məmmədovun “fakta əsasən belədi, Samir Qurbandan geridir. Amma ona da 15 il vaxt, dəstək, böyük büdcəli klub verilsə, kim bilir necə olar” şərhinə cavab verib.
Qəhrəmanov həmin şərhə “dediklərin verilsə də, o, ən uzağı musiqili komediya teatrında səhnə quraşdıra bilər” cavabını yazıb.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB