İtaliya A Seriyasının XI turunun ötən gecə oynanılan mərkəzi görüşü - “Roma” - “Milan” matçı milanlıların 40 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç üçün yeni rekordla əlamətdar olub.
“İki sahil” xəbər verir ki, matçın 26-cı dəqiqəsində cərimə zərbəsindən vurduğu qolla oyunda hesabı açan futbolçu bununla İtaliya A Seriyasında 150-ci, karyerasında isə 400-cü dəfə fərqlənib.
Bu, Z.İbrahimoviçin həm də “Roma”nın qapısından keçirdiyi 14-cü qol olub. Futbolçu bu göstəriciyə 22 oyunda nail olub.
İsveçli futbolçu cari mövsümdə A Seriyasında keçirdiyi beş oyunda üç qol vurub və bir məhsuldar ötürmə edib.
Xatırladaq ki, “Olimpiko” stadionunda keçirilən oyun “Milan”nın 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Milanlıların ikinci qolunu 58-ci dəqiqədə Frank Kessye, “Roma”nın qolunu isə 90+3-cü dəqiqədə Stefan El-Şaravi vurublar. Bu qələbə sayəsində xal ehtiyatını 31-ə çatdıran “Milan” eyni xal toplayan “Napoli”dən sonra ikinci pillədə qərarlaşıb. “Roma” isə 19 xalla beşinci yerdədir.
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar
SABAHIN ULDUZLARI” BAKI KUBOKUUĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 11-ci TURA YEKUN VURULUB