Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kolos” doğma meydanda “Lvov”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Nuriyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 57-ci dəqiqədə əvəzlənib.
“Kolos” 12 turdan sonra 11 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar