Bu gün Azərbaycan Premeyer Liqasında 9-cu turu çərçivəsində Sumqayıtın eyniadlı klubu Bakının “Səbail” komandasını qəbul edib.
“İki sahil” xəbər verir ki, Rəhim Sadıxov “Kapital Bank Arena”da keçirilən görüşün 38-ci dəqiqəsində vurduğu qolla ev sahiblərini hesabda önə çıxarıb.
Qarşılaşmanın 63-cü dəqiqəsində Nikolas Raysel qırmızı vərəqə alaraq "Səbail"i azlıqda qoyub.
Matçın 74-cü dəqiqəsində Səid Rza “Sumqayıt”ın 2-ci qolunu vurub – 2-0.
Oyun bu hesabla da başa çatıb.
31 oktyabr (bazar)
18:15. “Sumqayıt” 2–0 “Səbail”
Qollar: Rəhim Sadıxov, 38, Səid Rza, 74
Qırmızı vərəqə: Nikolas Raysel, 63 ("Səbail")
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar