"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.
Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu 2-ci pillədə başa vurub. Eyni xala malik "Ligeni" isə 3-cü olub.
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
III tur
16:00. "Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 13; 34, Anton Uka, 19, Arber Şkodra, 26, Xorxe Stiven Abril Qarsiya, 36, Yulian Diaz, 40 - İsa Atayev, 7; 25, Felipinyo, 10, Maneka, 10, Ramiz Çovdarov, 12, David Qustavo, 23
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Xal durumu: "Uraqan" - 6 (2 oyuna), "Araz-Naxçıvan" - 4, "Ligeni" - 4, "Yunayted Qalati" - 0 (2)
Qeyd edək ki, bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş Ukrayna "Uraqan"ı Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşacaq.
"Report"
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar