31 oktyabr 2021 13:26
1090

Erməni boksçu dünya çempionatından kənarlaşdırılıb

Rusiyanı təmsil edən erməni boksçu Edmond Xudoyan Serbiyanın paytaxtı Belqradda davam edən dünya çempionatından kənarlaşdırılıb.

“İki sahil” xəbər verir ki, buna 48 kq-da mübarizə aparan idmançının yaponiyalı Kazumo Aratakeyə qarşı 1/8 final görüşündə qaydaları pozması səbəb olub.

Bir neçə dəfə hakimdən xəbərdarlıq alan Xudoyan nəticədə diskvalifikasiya edilib və texniki məğlubiyyət alıb.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan boksçuları da qüvvəsini sınayır.