“Sabah” Futbol Klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib.
“İki sahil” xəbər verir ki, rusiyalı Murad Musayev əsas komandanın baş məşqçisi təyin edilib.
Otuz yeddi yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, komandada işinə gələn həftə başlayacaq.
Qeyd edək ki, Murad Musayev 2005-ci ildə Rusiya "Krasnodar"ının akademiyasında işə başlayıb. O, əsas komandada 2018-ci ildən çalışmasına rəğmən, Pro lisenziyası olmadığından, baş məşqçi postuna rəsmən 2020-ci ilin iyununda təyinat alıb. Komanda 2018-2019-ci il mövsümündə Musayevin rəhbərliyi altında tarixində ikinci dəfə Rusiya Premyer Liqasında bürünc medal qazanıb. Krasnodar təmsilçisi növbəti mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib və UEFA Avropa Liqasında səkkizdəbir finaladək irəliləyib. Mütəxəssis aprelin 3-də "Axmat"a 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar