"Boka Xuniors" klubunun futbolçuları "Ximnasiya"ya qarşı Argentina Super Liqasının XIX tur matçına üzərində Dieqo Maradonanın fotosu olan formalarla çıxıblar.
“İki sahil” xəbər verir ki, bu addım dünyaca məşhur oyunçunun ad günü ilə bağlı atılıb. Bundan başqa, 10-cu dəqiqədə görüş dayandırılıb və stadiondakı monitorlarda əfsanəvi hücumçunun ən gözəl qollarından hazırlanmış video nümayiş olunub. Həmçinin veteran futbolçuya məxsus 10 nömrəli forma hava şarları ilə səmaya buraxılıb.
Tribunadakı azarkeşlər sevimli oyunçuları haqqında mahnılar oxuyublar. Qarşılaşmanı izləyənlər arasında Maradonanın qızı Dalma Maradona da olub. Onun yanındakı tribunada "Justicia para D10s" ("Tanrı üçün ədalət") sözləri yazılmış köynək asılıb. Argentinalılar Maradonanı futbolun tanrısı hesab edirlər.
"Boka Xuniors" - "Ximnasiya" görüşü meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar