İspaniya "Barselona"sının futbolçusu Serxio Aquero "Alaves"ə qarşı La Liqanın XII tur oyununda əvəzləndikdən sonra xəstəxanaya yollanıb.
“İki sahil” xəbər verir ki, buna argentinalı hücumçunun sinasində narahatlıq hiss etməsi səbəb olub.
33 yaşlı forvardın kardioloji müayinədən keçdiyi bildirilib. Onun səhhəti barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, Aquero 1:1 hesabı ilə başa çatan matçın 41-ci dəqiqəsində meydanı tərk edib. Onun yerinə oyuna Filippe Koutinyo daxil olub.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar