30 oktyabr 2021 20:27
948

“Qarabağ” “Neftçi”ni darmadağın etdi

Azərbaycan Premyer Liqasında 9-cu turuy çərçivəsində bu gün baş tutan “Qarabağ” – “Neftçi” matçında “köhlən atlar” qalib gəlib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində Ozobiç hesabı açıb. Dörd dəqiqə sonra – 15-ci dəqiqədə Zubir hesab arasındakı fərqi 2 topa çatdırıb. 23-cü dəqiqədə isə Ozobiç on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək dubl edib – 3-0.  Qarşılaşmada son nöqtəni 90+2-ci dəqiqədə “Qarabağ”ın futbolçusu Veşoviç qoyub – 4-0.

Matç bu hesabla da başa çatıb.

30 oktyabr

18:30. “Qarabağ” 4–0 “Neftçi”

Qol: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.

Bakı. “Azərsun Arena”