31 oktyabr 2021 04:26
878

İngiltərə Premyer Liqası: “Arsenal” səfərdə “Lester”i məğlub edib

Oktyabrın 30-da futbol üzrə İngiltərə Premyer Liqasının X turunun oyunlarına start verilib.

Turun açılış görüşü “Kinq Pover” stadionunda “Lester” və “Arsenal” komandaları arasında olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. London təmsilçisinin heyətində Qabriel (5) və Emil Smit-Rou (18) fəqləniblər.

Bu qələbə sayəsində xal ehtiyatını 17-yə çatdıran “Arsenal” turnir cədvəlinin beşinci pilləsinə yüksəlib, “Lester” isə 14 xalla onuncu yerdə qərarlaşıb.

AZƏRTAC