30 oktyabr 2021 17:52
775

“Zirə”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Zirə” “Keşlə”ni qəbul edib.

“İki sahil” xəbər verir ki, saat 16.00-da başlayan qarşılaşmanın 17-ci dəqiqəsində Loris Broqno hesabı açıb. Matçın 42-ci dəqiqəsində isə Ağabala Ramazanov hesab arasındakı fərqi artıraraq artıraraq “Zirə”nin ikinci qolunu vurub. 90+4-cü dəqiqədə isə Tural Axundov qırmızı vərəqə alaraq “Keşlə”ni azlıqda qoyub.

Qarşılaşma bu hesabla da başa çatıb.

30 oktyabr

 16:00. “Zirə” 2–0 “Keşlə”

Qırmızı vərəqə: Tural Axundov, 90+4

Qol: Loris Broqno, 17, Ağabala Ramazanov, 42

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.

Zirə İdman Kompleksinin stadionu