Rusiyalı bədii gimnast Dina Averina Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatında fərdi çoxnövçülükdə qızıl medal qazanıb.
“İki sahil” xəbər verir ki, 23 yaşlı idmançı 4 hərəkətin cəmində 108,400 xal toplayaraq birinci yeri tutub.
Beləliklə, Averina 18 qat dünya çempionu olub və qızıl medalların sayına görə həmyerlisi Yevgeniya Kanayevanın (17) rekordunu qırıb.
Qeyd edək ki, Yaponiyadakı mundial oktyabrın 31-də başa çatacaq.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar