29 oktyabr 2021 22:11
1245

Bakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırıldı

Türkiyənin Cümhuriyyət Günü münasibətilə Bakı Olimpiya Stadionu (BOS) Türkiyə bayrağı ilə işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, işıqlandırma Bakı Olimpiya Stadionu tərəfindən həyata keçirilib.

Qeyd edək ki, oktyabrın 29-u Türkiyə Cümhuriyyətinin yaranması günüdür.