Avstriya kuboku matçında xoşagəlməz hadisə yaşanıb.
“İki sahil” xəbər verir ki, "Linz"in futbolçusu Rafael Dvamen 1/8 final mərhələsində "Hartberq"lə oyun zamanı huşunu itirib. Hücumçunun infarkt keçirdiyi bildirilib. Ağırlaşma zamanı oyunçunun ötən il yenidən quraşdırılan implantasiya edilmiş defibrilator işə salınıb. Qanalı futbolçu daha əvvəl ürəyindəki problemlərə görə karyerasını bitirmişdi. O, 2019-cu ilin oktyabrından bir il müddətinə sıradan çıxmışdı.
Qeyd edək ki, 2017-ci ildə ürək aritmiyasının olduğunu aşkarlanan Rafael Dvamenin həmin vaxt "Brayton"a keçidi məhz bu üzdən baş tutmayıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar