UEFA Almaniyanın "Union Berlin" klubunu cəzalandırıb.
“İki sahil” xəbər verir ki, buna İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur oyununda baş verənlər səbəb olub.
Berlin təmsilçisinin fanatları rəqib azarkeşlərə qarşı irqçi ifadələr işlədib. Bundan əlavə, hüquq-mühafizə orqanları İsrail bayrağının yandırılmasının qarşısını alıblar.
Avropa futbol qurumunun qərarına əsasən, Almaniya klubunun növbəti ev oyununda tribunalar qismən qapadılacaq. Stadionun 13 və 14-cü sektorları bağlanacaq və burada UEFAnın loqosu olan "No Racism" pankartı yerləşdirəcək.
Qeyd edək ki, qarşılaşma "Union Berlin"in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komanda IV turda Niderland "Feyenoord"unu qəbul edəcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar