Qətərin "Əl Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona"nı çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib.
"İki sahil" "RMC Sport"a istinadən xəbər verir ki, “Barselona”nın sabiq futbolçusu bu haqda qısa olaraq deyib: “Mən “Əl Sədd”də çalışıram. Bütün diqqətim işimdədir. Başqa bir şey haqda danışmayacağam”.
Qeyd edək ki, İspaniya mətbuatı Ronald Kumanın istefaya göndərilməsindən sonra "Barselona"nın Xavi ilə razılığa gəldiyini yazıb. İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar