"Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, B yolunda mübarizə aparan Joze Alesio Da Silvanın kollektivi Rumıniyanın "Yunayted Qalati" komandası ilə qarşılaşacaq.
İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu 3-cü pillədə qərarlaşıb.
29 oktyabr
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
II tur
18:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Yunayted Qalati" (Rumıniya)
Baş hakim: Deyan Veseliç (Sloveniya)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar