29 oktyabr 2021 11:18
1076

Növbəti tur “Zəfər turu” adı altında keçiriləcək

2020-ci ilin 27 sentyabrında başlayan, 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu işğalda olan torpaqlarını azad edib.

“İki sahil” xəbər verir ki,  şanlı qələbəmizdən sonra 8 Noyabr ölkəmizdə “Zəfər Günü” olaraq təsis edilib.

Peşəkar Futbol Liqası qələbəmizin ildönümü münasibətilə Premyer Liqanın X turunun “Zəfər turu” elan edilməsi barədə qərar qəbul edib.