İtaliyanın "İnter" klubu futbolçusu Kristian Erikseni satmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, səbəb 29 yaşlı yarımmüdafiəçinin bu ölkədə məşq edə bilməməsidir.
Danimarkalı oyunçunun Avropa çempionatında başına gələnlərdən sonra İtaliyanın tibb orqanları onun cari mövsüm idmanla məşğuliyyətinə müvəqqəti qadağa qoyub.
Milan təmsilçisi Erikseni oynaya biləcəyi kluba satmağı nəzərdən keçirir.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar